CELA prezidenti: Azərbaycan yunan-Roma güləş yığmasından belə nəticə gözləmirdim

Bu gün Serbiyanın Novı Sad şəhərində qitə çempionatı başa çatdı. Yarışdan sonra Avropa Güləş Şurasının prezidenti Çeno Çenov allsport.az satyına açıqlama verdi. Mütəxəssis bildirdi ki, yunlə nəticəan-Roma güləş millimizdən belə nəticə gözləməyib:

«Bu gün nə baş verdiyini anlaya bilmədim. Açığı, yunan-Roma güləş yığmanızdan belə nəticə gözləmirdim, zaldakılar da həmçinin. Düzdür, bura ikinci heyətlə gəlmişdiniz, əsas komanda İslam oyunlarına hazırlaşır. Amma mövcud durum əsas vermir ki, Azərbaycan millisi medal qazanmasın. Bu, Avropa çempionatıdır, hamı komandanızın güclü olduğunu bilir. Azərbaycan həmişə mötəbər yarışlara rəng qatır. Belə nəticə olanda, hamı bilir ki, ortada nəsə var. Düşünürəm ki, federasiyanız müəyyən yollar tapacaq, tədbirlərə əl atacaq və Parisdə keçiriləcək dünya çempionatında ayrı Azərbaycan komandası görəcəyik: diqtə edən, medallar qazanan.

Sərbəst və qadın güləş yığmanız yaxşı çıxış etdi. Baxmayaraq ki, ordada ikinci heyət üzvləri çoxluq təşkil edirdi. Başa düşürəm, olimpiya oyunlarından sonra ehtiyat qüvvəni yoxlamaq, şeyəti genişləndirmək lazımdır. Amma nəticə daha artıq ola bilərdi. Şəxsi qənaətimə gəlincə, inanıram ki, Azərbaycan yığması ayaqdadır və dünya güləşində aparıcı qüvvə olduğunu bir daha sübut edəcək».

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan