- Baxış sayı: 22
- 26 Mart 2026 15:22
- Baxış sayı: 230
- Mart 25, 2026
- 0

Dekabrın 21-də Avropa məhkəməsi FİFA və UEFA-nın super liqanın başlamasına mane olmasını qeyri-qanuni elan edib.
Allsport.az xəbər verir ki, “Bavariya”nın baş direktoru Kristian Dresen klubun mövqeyini açıqlayaraq qərara cavab verib:
“Biz Avropa məhkəməsinin qərarını nəzərə almışıq. Ancaq bu, “Bavariya”nın və Avropa futbol klubları assosiasiyasının belə bir yarışın yerli liqaların əhəmiyyətinə və Avropa futbolunun strukturuna hücum olacağına dair mövqeyini dəyişmir.