- Baxış sayı: 266
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Slovakiyada keçirilən ənənəvi “Nepela Memorial” turnirində buz rəqsləri yarışlarının nəticələri gözlənilməzliklərlə yadda qalıb və beynəlxalq səviyyəli idmançıların çıxışında hakim sərtliyinin artdığını göstərib.
Allsport.az xəbər verir ki, İspaniya təmsilçiləri Oliviya Smart və Tim Dik ikinci yerdən qalxaraq 192,67 balla turnirin qalibi olublar. Onlar keçən ilki “Dyun” proqramının davamı olan yeni və çətin elementlərlə zənginləşdirilmiş sərbəst rəqslə yüksək nəticə göstəriblər.
Çex Natali Taşlerova və Filip Taşler ritm rəqslərində lider olsalar da, sərbəst rəqsdə zəif fiziki forma səbəbindən cəmi 186,60 balla gümüş medalla kifayətləniblər. ABŞ dueti Kerolayn Qrin və Maykl Parsons zəif ritm rəqslərindən sonra (7-ci yer) güclü sərbəst rəqs sayəsində 184,18 balla bürünc medal qazanıblar.
Avropa çempionatının medalçıları olan Fransa təmsilçiləri Yevgeniya Loparyova və Cofr Brisso böyük sürprizə səbəb olublar. Partnyorun səhvi və proqramların təkrarlanan, inkişafsız görünməsi səbəbindən cəmi 183,4 balla 4-cü yerdə qalıblar. Mütəxəssislər olimpiya çempionu Qiyom Sizeronun qayıdışından sonra hakimliyin fransız duetinə qarşı sərtləşməsini nəticənin səbəbi kimi göstərirlər.



