- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
6-8 noyabrda Moskvada güləş komandaları arasında Avropa Millətlər Kuboku keçiriləcək. Allsport.az saytının xəbər verdiyi kimi, bu yarışda Azərbaycan komandaları da iştirak edəcək. Məşqçilər korpusu heyəti hələ tam müəyyənləşdirməyiblər. Bizdən fərqli ev sahibi artıq mübarizəyə tam hazırdır.
Rusiya millisi yunan-Roma güləşində Mingiyan Semyonov, Campolad Lokyayev (hər ikisi – 59 kq), Adam Kurak, İslambəy Albiyev (66 kq), Yuri Denisov, Denis Murtazin (71 kq), Aleksandr Çexirkin, Bilan Nalgiyev (75 kq), Ramazan Abaçarayev, Roman Yusipov (80 kq), Aleksey Mişin, İmil Şərafəddinov (85 kq), Nikita Melnikov, Musa Yevloyev (98 kq), Sergey Semyonov və Vitali İlniçkinin (130 kq) xidmətindən yararlanacaq.
Qadınların rəqabətində şimallılar Valentina İslamova, Milana Dadaşova (hər ikisi – 48 kq), Mariya Qurova, Yekaterina Krasnova (53 kq), İrina Oloqonova, Olqa Xoroşavçeva (55 kq), Natalya Qolç, Yuliya Alborova (58 kq), Lübov Ovçarova, Jarqalma Çırenova (60 kq), Valeriya Lazinskaya, Darima Sanjeyeva (63 kq), Tatyayana Kolesnikova, Anastasiya Şavlinskaya (69 kq), Yekaterina Bukina və Alyona Staroduyuçevanı (75 kq) mübarizəyə atacaqlar.
Sərbəst güləşdə Rusiya yığması ehtiyat qüvvəyə də şans verəcək: İsmayıl Musukayev, Xureş Donduk-Ool (57 kq), Rüstəm Abdurəşidov, Hacımurad Rəşidov (61 kq), Əhməd Çakayev, Murad Nuhkadiyev (65 kq), Yevgeni Jerbayev, Rəsul Cukayev (70 kq), Yaqub Şıxcamalov, Həbib Batırov (74 kq), Vladislav Vəliyev, Əhməd Məhəmmədov (86 kq), Yuri Belonovski, Yuri Vlasko (97 kq), Alan Xuqayev və Vladislav Bayçayev (125 kq).
Ayın 6-da ilk olaraq mübarizəyə qadın güləşçilər başlayacaqlar. Ertəsi gün meydan sərbəst və yunan-Roma güləşçilərinə veriləcək. Noyabrın 7-də həm də yarışın açılışı olacaq. Növbəti gündə adı son çəkilən növlərdə qalib və mükafatçı komandalar müəyyənləşəcəklər.