- Baxış sayı: 275
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Afinada keçirilmiş U17 dünya çempionatında 1 qızıl, 3 bürünc medal qazanan sərbəst güləş üzrə milli Vətənə dönüb.
Allsport.az xəbər verir ki, komandanın koordinatoru Hacı Əliyev Avropa ölkələri arasında birinci olduqlarını diqqətə çatdırıb: “Komandamızı, medalçıların şəxsi məşqçilərini, milli komandanın məşqçilərini təbrik edirəm. Federasiyamızın gözü aydın olsun ki, yeniyetmələrimiz dünya çempionatında gözəl uğur əldə etdilər. Avropa ölkələri arasında birinci olduq. Dünya çempionatı çox çətin yarışdır. Burada medal qazanmaq asan deyil. Bu günün çempionları, medalçıları gələcəyin böyüklərdə potensial dünya, olimpiya çempionlarıdır. Əlimizdən gələni edirik ki, bu medalçıları gələcəyə doğru düzgün şəkildə aparaq, yeni-yeni dünya, olimpiya çempionları yetişdirək. Hər zaman əlimdən gələni etməyə hazıram. İnşallah, böyük uğurlara nail olacağıq”.