- Baxış sayı: 235
- 25 Mart 2026 04:32
- Baxış sayı: 23
- Mart 26, 2026
- 0

Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında 1 dəst medal qazanan yunan-Roma güləşçilərimiz Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda milli komandanın qarşılanma mərasimi keçirilib. Yığmanın böyük məşqçisi Taleh İsrafilov yarışın normal keçdiyini söyləyib:
“Avropa ölkələrinin hamısını üstələdik. Baxmayaraq ki, Avropa çempionatında komanda hesabında 3-cü yeri tutmuşduq. Bu yarışda Asiya ölkələri daha yaxşı çıxış etdi. Qırğızıstanla birgə 4-5-ci yerləri tutduq. Azərbaycan güləş federasiyasının rəhbərliyinə, gənclər və idman nazirliyinə dəstəyə görə minnətdarlığımı bildirirəm. Qarşıda bizi MDB oyunları gözləyir. Həmin yarışdan gələcək planları rəhbərliklə müzakirə edəcəyik”.