Avtomobillə toqquşan velosipedçi reanimasiyada

İspaniyalı velosipedçi Xaume Qardenyo məşq zamanı avtomobillə toqquşaraq ağır yaralanıb.

Allsport.az xəbər verir ki, 23 yaşlı idmançı helikopterlə xəstəxanaya aparılıb və hazırda reanimasiyadadır. Onun çıxış etdiyi “Caja Rural-Seguros RGA” komandası hadisəni təsdiqləyərək idmançıya və ailəsinə dəstək nümayiş etdirib. Qardenyonun səhhəti ilə bağlı həkimlərin rəsmi açıqlaması gözlənilir.

Həmin kateqoriyadan