Awf-az.org-da gecikən xəbər: qadın güləşçilərimiz fevralın 19-dan Kiyevdə təlim-məşq toplanışındadır

Güləş yığma komandalarımız ilin təqvim planına uyğun qarşıdan gələn yarışlara hazırlaşır. Allsport.az saytı xəbər verir ki, qadın millimiz hazırda Kiyevdədir. Baş məşqçi Semyon Çteryov və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi iıə Ukrayna paytaxtına yollanan komanda Konça-Zaspa təlim-məşq bazasında məskunlaşıb. Ukrayna ilə yanaşı, ABŞ, İsrail, Litva güləşçiləri də bizimlə bir aradadır.

Awf-az.org-in məlumatına görə, Türkan Nəsirova (48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi – 53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko, İrina Netreba (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolovanın (69 kq) yer aldığı heyət ayın 19-dan Kiyevdədir.

Təlim-məşq toplanışı martın 2-də başa çatacaq. Sonra yığma üzvləri 3-4 martda Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunan 21-ci beynəlxalq turnirdə iştirak edəcəklər.

Həmin kateqoriyadan