- Baxış sayı: 22
- 26 Mart 2026 16:59
- Baxış sayı: 28
- Mart 26, 2026
- 0

Bu gün qadın futbol millimiz Avropa çempionatının seçməsində “B” liqasının 1-ci qrupunda ilk matçını keçirib.
Allsport.az saytı xəbər verir ki, Szeged şəhərindəki “Szent Gellert Forum” stadionunda Macarıstan yığması ilə görüş 1:1 hesabı ilə başa çatıb.
Komandamızın bərabərlik qolunu 74-cü dəqiqədə Sevinc Cəfərzadə vurub.
“Ay-ulduzlu” qızlar növbəti oyununu aprelin 9-da saat 16:00-da “Dalğa arena”da İsveçrəyə qarşı keçirəcək.