- Baxış sayı: 21
- 07 Dekabr 2025 13:07
- Baxış sayı: 229
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasının XIV turunun “Zirə” – “Qarabağ” (1:1) oyunundan sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, mütəxəssis qarşılaşma barədə fikrini açıqlayıb:
“Hər iki komandanın həm futbolçularına, həm də azarkeşlərinə təşəkkür edirəm. Yaxşı komandaya qarşı çıxış etdik. Gərgin mübarizə getdi, futbolçular çox güc sərf etdilər. Həftəiçi komandalar kubok matçı keçirmişdilər. Bu səbəbdən qarşılaşmanın sonlarında dinamikanın yüksək olmaması başadüşüləndir. İstənilən halda hər iki komanda ən azı 1 xala layiq idi”.
Baş məşqçi çempionlar liqasının əsas mərhələsinin VI turunun “Ayaks”la oyunu barədə də fikrini bildirib: “Ayaks”ın oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etmişdilər. Bu gün də oyunları var, ona da baxacağıq. Bundan əlavə daha iki görüşümüz olacaq. “Ayaks”la evdə oynayacağıq, maksimum nəticə qazanmaq üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bu haqda düşünür. Yaxşı intizamlı oyunla lazımi nəticəni qazanmağa çalışacağıq”.