- Baxış sayı: 132
- 08 May 2026 23:17
- Baxış sayı: 168
- May 08, 2026
- 0

Fransa millisinin sabiq yarımmüdafiəçisi Dimitri Payet karyerasını yekunlaşdırıb.
Allsport.az xəbər verir ki, 39 yaşlı oyunçu bu barədə özü açıqlama verib.
Onun son klubu ötən yay ayrıldığı “Vasko da Qama” olub.
Karyerasının böyük hissəsini “Marsel”də (326 oyun, 78 qol, 96 məhsuldar ötürmə) keçirən Payet, həmçinin “Sent-Etyen”, “Lill”, “Vest Hem” və “Nant” klublarının da köynəyini geyinib.
Dimitri Fransa yığmasında meydana çıxdığı 38 matçda 8 qol vurub.