- Baxış sayı: 35
- 22 İyun 2026 15:42
- Baxış sayı: 72
- İyun 26, 2026
- 0

Macarıstanın Debretsen şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycan yığması 19 ölkənin qatıldığı yarışda 2 gümüş və 2 bürünc medal qazanıb.
Komandamızın heyətində Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutub. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub.