- Baxış sayı: 36
- 10 Aprel 2025 12:48
- Baxış sayı: 106
- Aprel 11, 2025
- 0
Beynəlxalq Çimərlik Futbolu Federasiyası (BSWW) yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, iyunun 1-nə olan dünya reytinq sıralamasında Azərbaycan 308 xalla 43-cü yerdə qərarlaşıb.
Avropa ölkələri arasında isə Azərbaycan 16-cı yerdə gedir.
Avropa Oyunlarında millimizlə eyni qrupda yer alan yığma komandaların reytinqdəki mövqeləri isə belədir: İsveçrə (1635 xal, 3-cü pillə), Portuqaliya (1461, 4) Ukrayna (611, 18).
Dünya reytinqinə Rusiya başçılıq edir – 2585 xal. Bu ölkənin əsas izləyicisi isə Braziliyadır – 2580.