- Baxış sayı: 42
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Allsport.az xəbər verir ki, Astara olimpiya idman kompleksində 26-cı turun bağlanış oyunu baş tutub. “Zirvə Astara” doğma divarlar arasında, region təmsilçisi “Olimpik Şəki” ilə qarşılaşıb.
Oyuna üstün başlayan “Zirvə Astara”, rəqibi üzərində 92-82 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: “Zirvə Astara” (Cerret Henderson – 26 xal, 14 götürmə), “Olimpik Şəki” (Larri Robinson – 27 xal, 9 ötürmə)
27-ci turun oyunları 19-23 aprel tarixləri aralığında baş tutacaq.