- Baxış sayı: 33
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0
1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə sonuncu oyununu keçirib. Allsport.az xəbər verir ki, millimiz 5-ci yer uğrunda oyunda Belarus komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda hesabı penaltidən fərqlənən millimiz açıb (22-ci dəqiqə). 67-ci dəqiqədə Belarus hesabda tarazlıq yaradıb. Əsas vaxt sülhlə bitdiyindən qalibi müəyyənləşdirmək üçün penalti vuruşlarına ehtiyac duyulub. Daha dəqiq olan millimiz penaltilərlə qələbə qazanaraq, turniri 5-ci yerdə başa vurub.
Valentin Qranatkinin xatirə turniri
11 yanvar
Azərbaycan – Belarus 1:1 (penaltilər 5:4)