Azərbaycan birinciliyi “Zirvə”nin üstünlüyü şəraitində keçir

“Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında yeniyetmə ağırlıqqaldıranlar arasında Azərbaycan birinciliyi keçirilir. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, artıq ilk yarış günü arxada qalıb. Bu rəqabətdə “zirvəçilər” ön sıranı tutur. Gün ərzində 6 dəst medalı 18 idmançı əldə edib ki, onlardan da 16-sı həmin klubun nümayəndələridir.

Qızların Sinkleyr cədvəli üzrə mütləq birinciliyi, 15 yaşa qədər oğlanlarda 50 və 56 kq, 17 yaşa qədər oğlanlarda isə 56 kq çəki dəcərəsində fəxri kürsünün bütün pillələrində “Zirvə” ağırlıqqaldıranları yer alıb. O biri çəkilərdə isə yalnız gümüş medallar başqa cəmiyyətlərin üzvlərinə qismət olub.

Əlavə edək ki, bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunub. Bu gün əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapmışdır.

Bu birincilikdə idmançılar beynəlxalq qaydalara uyğun çəkilər üzrə medallar uğrunda mübarizə aparacaqlar. Qızlar Sinkleyr cədvəli üzrə mütləq birincilikdə, 15 yaşa qədər (2000-2001-ci illər təvəllüdlü) oğlanlar 45, 50, 56, 62, 69, 77, 85 və 85 kq, 17 yaşa qədər (1998-1999-cu illər təvəllüdlü) oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində çıxış edəcəklər.

Həmin kateqoriyadan