- Baxış sayı: 37
- 26 Yanvar 2025 10:07
- Baxış sayı: 32
- Yanvar 26, 2025
- 0
Fevralın 11-dən 14-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, bu yarış ilk dəfə Abşeron olimpiya idman kompleksində təşkil ediləcək. Azərbaycan güləş federasiyasının gənclər və idman nazirliyi ilə birgə təşkil edəcəyi çempionatı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək.
Turnirin ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan çempionatın görüşləri hər gün saat 10:00-da başlanacaq. Medallar uğrunda qarşılaşmalara isə 16:30-da start veriləcək.
Çempionatın proqramı belədir:
11 fevral
Sərbəst güləş: 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq.
12 fevral
Sərbəst güləş: 61 kq, 70 kq, 79 kq, 92 kq, 125 kq.
13 fevral
Yunan-Roma güləşi: 55 kq, 63 kq, 72 kq, 82 kq, 97 kq.
14 fevral
Yunan-Roma güləşi: 60 kq, 67 kq, 77 kq, 87 kq, 130 kq.