- Baxış sayı: 177
- 19 Yanvar 2025 17:17
- Baxış sayı: 177
- Yanvar 19, 2025
- 0
Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb. Allsport.az xəbər verir ki, çempionatın son günündə yunan-Roma güləşi üzrə 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində 70 pəhləvan mübarizə aparıb.
Qalibləri təqdim edirik:
75 kq
FİNAL – Samran Nəsibov – Niyaməddin İbrahimov 0:9
Bürünc medal görüşü – Şəmistan Quluzadə – Nicat Sadıqov 4:1
Bürünc medal görüşü – Əmrah Mazanov – Hacımurad Bağmanov 5:2
80 kq
FİNAL – Rafiq Hüseynov – Elvin Mürsəliyev 2:2*
Bürünc medal görüşü – Emil Həmidov – Fuad Əliyev 0:4
Bürünc medal görüşü – Məhəmmədəli Məhəmmədəliyev – Emin Əhmədov 7:5
85 kq
FİNAL – İslam Abbasov – Şəhriyar Məmmədov 5:0
Bürünc medal görüşü – Anar Rəsulzadə – Tural Daşdəmirov 0:5
Bürünc medal görüşü – Orxan Qətranov – Soltan İsmayılov 0:5
98 kq
FİNAL – Türmən Eyyubov – Zamir Məhəmmədov 1:0
Bürünc medal görüşü – Əli Həsənov – Namik Kamilov 2:0
Bürünc medal görüşü – Rüfət Hüseynov – Saman Təhmasibi +:- (zədə)
130 kq
FİNAL – Valera Rodriqes – Sabah Şəriəti 0:5
Bürünc medal görüşü – Rza Abdullazadə – Səbuhi Hümbətov 6:3
Bürünc medal görüşü – Hacımurad Çöpsiyev – Qoşa Davitadze 2:4
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunublar.