Topaz Premyer Liqasında 11 000-ci qol

Topaz Premyer Liqasının 29-cu turunun “Qəbələ” – “Simurq” oyununda ölkə çempionatları tarixində yubiley qolu vurulub. Allsport.az xəbər verir ki, ev sahibi komandanın oyunçusu Ruslan Abışovun vurduğu qol ölkə futbolu üçün 11 000-ci qol olub.

Belə ki, 1:0 hesabı ilə başa çatan qarşılaşmayadək 1992-ci ildə start götürən milli çempionatlarda 10 999 qol vurulmuşdu. Cari mövsümün startına qədər bu rəqəm 10 720, 29-cu turdan əvvəl isə 10 992-yə bərabər idi. Mövsümün 280-ci, turun 8-ci qolu yubiley xarakteri daşıyıb.

Qeyd edək ki, ölkə çempionatlarında 10 000-ci qol 865 gün əvvəl – 2012-ci il noyabrın 25-də vurulmuşdu. Topaz Premyer Liqasının 2012/13 mövsümünün 14-cü turunun “Bakı” – “Neftçi” oyununda Elvin Məmmədovun qonaqların qapısına vurduğu top ölkə futbol çempionatlarında 10 000-ci qol olmuşdu.

Premyer Liqada neçə qol vurulub 

mövsümKeçirilməli oyunBaş tutmayan oyunlarBaş tutan oyunlar Qol sayıOrta məhsuldarlıq
199248281401*11912,97
1993184141704372,57
1993/94240242166052,80
1994/95156221344012,99
1995/9616071534693.07
1996/9724092316922,99
1997/98182271554052,61
1998/99236262105902,81
1999/200013251273072,42
2000/0111115963023,15
2001/0214851433762.63
2003/04182151674852,90
2004/05307192886842,38
2005/0618201824232,32
2006/0715611553612,33
2007/0818211814342,40
2008/0918201824432,43
2009/1019201923922,04
2010/1119201923811,98
2011/1219201924452,32
2012/1319211914652,43
2013/1418001804322,40
2014/1511611152802,43
Cəmi4526273425311.0002,59

Həmin kateqoriyadan