- Baxış sayı: 41
- 08 Fevral 2026 13:31
- Baxış sayı: 129
- Fevral 08, 2026
- 0

Qadın futbolçular arasında AÇ-2021-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Çex Respublikası oyunun hakimləri açıqlanıb.
Allsport.az xəbər verir ki, görüşü italiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Mariya Marottanın köməkçiləri – laysmanlar Françeska Di Monte və Çiçiana Traskyati olacaq. Dördüncü hakim funksiyasını isə Silviya Qasperotti yerinə yetirəcək.
Noyabrın 7-də “ASCO Arena”da keçiriləcək Azərbaycan – Çexiya görüşü saat 19:00-da başlayacaq.