- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının Danimarkaya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün hakimlər müəyyənləşib.
Allsport.az xəbər verir ki, qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Zuzana Valentovaya Maria Sukenikova və Miroslava Pastorekova kömək edəcək. Dördüncü hakim funksiyasını Maria Krçova yerinə yetirəcək.
Sentyabrın 21-də Sumqayıtdakı “ASK Arena”da oynanılacaq Azərbaycan – Danirmarka görüşü saat 20:00-da başlayacaq.