Azərbaycan fiqurlu konkisürmədə olimpiya rekordunu yeniləyib

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmədə təmsil edən idmançımız Arina Kaluqina Qazaxıstanın Almatı şəhərində yeniyetmələrin “Denis Ten Memorial Challenger” sıralamasında +2.91 ball toplayaraq “Dördlü Salxov” üzrə son olimpiya rekordunu yeniləyib.

Allsport.az saytı xəbər verir ki, o, sərbəst proqram üzrə çıxışı zamanı öz uğurlu çıxışı ilə sonuncu dəfə rekord edən yaponiyalı Mao Şimadanı geridə qoyub.

Sıralama yarışında Arina 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq yekun nəticədə bürünc medala sahib olub.

Həmin kateqoriyadan