Azərbaycan ilk oyunda Fransaya uduzdu

Fransada 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının elit mərhələsinin 7-ci qrupunun ilk turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığması açılış turunda meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma Fransa yığmasının qələbəsi ilə başa çatıb. Son yarım saatda buraxılan iki qol millimizin xal qazanmasına imkan verməyib.

Qrupun digər oyunu isə İngiltərə ilə Danimarka arasında baş tutub. Bu oyunda ingilislər 3:2 hesabıyla üstün olublar.

AÇ-nin elit mərhələsi
7-ci qrup
26 mart

İngiltərə – Danimarka – 3:2
Baye. “Anri Jan” stadionu. Hakim – Marko Quida (İtaliya).

Fransa – Azərbaycan – 2:0
Qollar: Koman, 61; 90.
Sent-Lo. “Lui Villemer” stadionu. Hakim – Nikola Dabanoviç (Monteneqro).

Fransa: 16. Kamara, 4. Diaxabi, 5. Diallo, 14. Lukas, 6. Kemen (k), 8. Kiliç, 13. Blin, 7. Korne (9. Nomo, 72), 10. Koman (17. Tusart, 90+1), 11. Maupay, 12. Girassi (18. Huri, 62).
Ehtiyat oyunçular: 1. Eskales, 3. Senzemba, 15. Pavard.
Baş məşqçi: Patrik Qonfalone.
Azərbaycan: 12. Tolqa Şahin, 2. İlyas Səfərzadə, 3. Qazıməhəmməd Qurbanov, 5. Renat Ağaverdiyev (13. Elgün Uluxanov, 40), 14. Yusif Nəbiyev, 6. Budaq Nəsirov, 8. Mirkamil Həşimli, 9. Fəhmin Muradbəyli, 17. Qismət Əliyev (4. Bəhlul Mustafazadə, 83), 7. Mahir Mədətov (k), 23. Vadim Ağarəhimov (10. Elnur Cəfərov, 28).
Ehtiyat oyunçular: 1. Ağaseyid Qasımov, 11. Roman Hüseynov, 16. Emin Zamanov, 21. İlkin Sadıqov.
Baş məşqçi: Nikolay Adam.

Həmin kateqoriyadan