Azərbaycan futbolunda belə qayda olsaydı… – bundesliqada maraqlı fakt

Bundesliqa dünyada ən intizamlı liqalardan biri sayılsa da, buradakı bəzi qaydalar azarkeşlər və mütəxəssislər arasında ciddi müzakirələrə səbəb olur. Söhbət birbaşa qırmızı vərəqə alan futbolçunun diskvalifikasiya müddətinin penaltinin nəticəsindən asılı olmasıdır.

Allsport.az Almaniya futbol ittifaqının (DFB) maraqlı reqlamentini təqdim edir:

Qaydaya əsasən, əgər futbolçu öz cərimə meydançasında “son ümid foul”u edərək birbaşa qırmızı vərəqə alıbsa, onun cəzası belə müəyyənləşir:

  • Penalti qol olarsa: Futbolçu 1 oyunluq cəza alır.
  • Penalti qaçırılarsa (və ya qapıçı xilas edərsə): Futbolçuya 2 oyunluq diskvalifikasiya verilir.

Alman rəsmiləri bunu “itirilmiş üstünlüyün kompensasiyası” ilə izah edirlər. Yəni, əgər rəqib penaltidən qol vurubsa, artıq kifayət qədər “təsəlli” alıb və cəza yumşaldılır. Lakin idman prinsipləri baxımından bu, təhlükəli boşluq yaradır. Məsələn, komandası böyük hesabla öndə olan qapıçı, komanda yoldaşının cəzasının artmaması üçün penaltini qəsdən buraxa bilər. Bu isə birbaşa oyuna ziddir.

Bəs Azərbaycanda? Hazırda Azərbaycan premyer liqasında belə bir fərqləndirmə yoxdur. AFFA intizam komitəsi qırmızı vərəqəyə görə cəzanı pozuntunun ağırlığına və xarakterinə görə təyin edir.

Həmin kateqoriyadan