“Azərbaycan güclü və cəsarətli ölkədir”

Xorvatiyanın paytaxtında güləş üzrə dünya çempionatının 2-ci günündə 2-ci bürünc medalı Azərbaycana gənc legionçu Arseni Cioyev (86 kq) qazandırdı. Allsport.az saytı xəbər verir ki, o, mübarizədə sonra sevincini Bakıdan ezam olunan azərbaycanlı KİV nümayəndələrinə bölüşdü:

“Hər kəsə “çox sağ ol” demək istəyirəm. Azərbaycan güclü və cəsarətli ölkədir. Bu gün mükafata yetişdim. Uğurda əməyi olan Azərbaycan güləş federasiyasına, eləcə də gənclər və idman nazirliyinə təşəkkürümü bildirəm. Onlar bizim hədəfə şatmağımız üçün əllərindən gələn bütün diqqətivə qayğını göstərirlər.

Azərbaycan xalqına minnətdaram. Təbriklərin ardı-arası kəsilmir. Onlar bizə dəstək verirlər. Belə bir güclü ölkəni təmsil etdiyimdə qürur duyuram. 1/4 finalda yaponiyalı güləşçi ilə görüşdə səgvlərim oldu, yoxsa daha irəli gedə bilərdim. Açığı, təcrübəm hələ yetərincə deyil. Bunün üçün çoxlu beynəlxalq yarışlarda iştirak etmək lazımdır”.

Həmin kateqoriyadan