- Baxış sayı: 91
- 24 Aprel 2025 09:37
- Baxış sayı: 75
- Aprel 24, 2025
- 0
Slovakiya paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yunan-Roma güləş millimiz 3 qızıl, 1 gümüş və 1 bürünc medalla 151 xalla komanda hesabında rəqiblərini böyük fərqlə geridə qoyaraq Avropa çempionu olub! Allsport.az saytının məlumatına görə, Türkiyə bu göstəricidə 2-ci yer tutub. İki qardaş ölkənin qələbəsi düşmən ölkə Ermənistandan olan azarkeşlərin xoşuna gəlməyib.
Onlar bu uğuru həzm edə bilməyiblər. Mənfur siyasətlərini heç vaxt gizlətməyən soysuzlar yarışın təşkil edildiyi məkanda Gela Bolkvadze (Gürcüstan) və Samvel Qriqoryan (Ermənistan) arasında 82-kq-da 3-cü yer uğrunda görüşün gedişində tribunada tarixin yaddaşına basdırılmış qondarma “Ərsak respublikası”nın bayrağını dalğalandırıblar.
Dam cılızlıqlarını nümayiş etdirən, nəyinsə arxasında gizlənən üzdəniraqlar bu dəfə azyaşlıdan istifadə ediblər. Görütnü qitə çempionatını yayımlayan “İctimai” televiziyada da yer alıb. Təxribatçı əməli görən Azərbaycan güləş federasiyasının rəhbərliyi anında məsələni Dünya güləş birliyində qaldırıblar. Təşkilatçıların müdaxiləsi ilə dərhal əski parşası yığışdırılıb.
Tutaşma gürcü rəqibin 3:1 qələbəsi ilə bitib. Fərəhlidir ki, bu çəkidə digər mükafatı Türk Dövlətləri Təşkilatına (keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) üzv ölkələrin idmançıları – Qurban Qurbanov (1-ci yer; Azərbaycan), Erik Silvaşi (2-ci yer; Macarıstan) və Burxan Ağbudaq (3-cü yer; Türkiyə) qazanıblar.