- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan güləş federasiyası ölkədə güləşin sağlam təməllər üzərində möhkəmlənməsi və sistemli inkişafı üçün müxtəlif layihələri həyata keçirir. Allsport.az xəbər verir ki, beləsindəndən biri də bu gün start götürüb.
Cari ildə yetirmələri U-15 və U-17 Avropa və dünya çempionatlarında medal qazanan şəxsi məşqçilərlə görüş keçirilib. Federasiya bu məşqçilərlə sıx əməkdaşlığa başlayır.
Qarşıdakı 1 il ərzində AGF tərəfindən xidmət haqqı alacaq mütəxəssislər yerlərdə güləş bölmələrinin açılmasında yaxından iştirak edəcək. Bu istiqamətdə təbliğat və təşviqat işlərində federasiya tərəfindən tam dəstək veriləcək və daha çox yeniyetmənin güləşə cəlb olunması üçün bütün zəruri tədbirlər görüləcək.
2028-ci və 2032-ci il yay olimpiya oyunlarına daha güclü və rəqabətli heyəti formalaşdırmaq üçün həyata keçiriləcək digər layihələr də planlaşdırılır.