- Baxış sayı: 288
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

2022-ci il güləş hakimlərimiz üçün də uğurlu alınıb. Allsport.az saytı xəbər verir ki, bir neçə referimiz beynəlxalq dərəcəsini yüksəldib. Geridə qoyduğumuz il ərzində keçirilən yarışların, seminarların və imtahanların nəticələrinə əsasən, 4 referimiz beynəlxalq dərəcəsini artırıb. Vüqar Şükürovla Kamran Əliyev I kateqoriyaya yüksəlib.
Bununla da bu dərəcəyə sahib hakimlərimizin sayı 4-ə çatıb. Əli Babayev və Xəzər Allahverdiyev isə II kateqoriyaya sahib çıxıb. Hal-hazırda bu dərəcədə olan ədalət təmsilçilərimizin sayı 7-yə bərabərdir.
Bundan başqa, 2 hakimimiz beynəlxalq dərəcəli referi statusu alıb. İyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında ədaləti qoruyan Sevinc Yusibova ilə Firqət İbrahimov III kateqoriyalı beynəlxalq hakim ünvanına yiyələniblər.
Xanım həmyerlimiz Azərbaycan güləş tarixinin ilk beynəlxalq dərəcəli qadın referisidir.