- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Varşavada güləş üzrə açıq Polşa turniri davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə 1 təmsilçimiz mübarizə aparıb.
Mariya Stadnik (50 kq) gözlənildiyi kimi, öndərliyini doğruldub. Dünya qadın güləşinin canlı əfsanəsi finaladək kanadalı Keti Dutçaka, yerli Amanda Tomçikə və Kanadanın digər təmsilçisi Madison Parksa “tuş”la qalib gəlib.
Həlledici görüşdə təcrübəli polşalı güləşçi Anna Lukasyakla qarşılaşan güləşçimiz 7:0 hesablı qələbəylə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.