- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz, bu yarışların tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsini göstərib. 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub. Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşıb.
Komandamızın heyətində Həsrət Cəfərov (67 kq) ilə Ülvü Qənizadə (72 kq) fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medala yiyələniblər. 3 idmançımız olimpiya çəkisində fərqlənib.
Ötən çempionatda “qızıl” sayı eyni olsa da, 1 gümüş mükafat qazanılmışdı. Bunun müqabilində, “bürünc” çox idi – 5. Qənimətin çoxluğu baxımından 2022-cü ilin yarışı indiyədək rekorddur. Budapeştdə keçirilən qitənin ən güclülərinin yarışında “klassiklər”imiz 10 çəkidən 8-ində fərqləniblər! Beləliklə də, Azərbaycan güləş federasiyasının (AGF) yeni rəhbərliyi ilk ciddi sınaqdan üzüağ çıxıb. Nəzərinizə çatdıraq ki, Mikayıl Cabbarov 2021-ci ilin noyabrında AGF-in yeni rəhbəri seçilib.