Azərbaycan həndbol federasiyası “Top təşkilatçılıq” sertifikatı ilə təltif edilib

Azərbaycan həndbol federasiyasını beynəlxalq yarışların yüksək səviyyədə təşkili və peşəkar idarəçiliyinə görə Avropa həndbol federasiyası tərəfindən xüsusi “Top təşkilatçılıq” sertifikatı” ilə təltif edilib.

Allsport.az saytı xəbər verir ki, bu fərqlənmə Azərbaycanın idman sahəsində artan nüfuzunun və təşkilati bacarıqlarının Avropa miqyasında tanındığının göstəricisidir. Sertifikat ölkəmizdə keçirilən beynəlxalq turnirlərin həm təşkilati, həm də texniki baxımdan Avropa standartlarına tam cavab verdiyini sübut edir.

Azərbaycan həndbol federasiyasından bildirilib ki, bu mükafat gələcəkdə daha böyük beynəlxalq turnirlərin ölkəmizdə təşkilinə yeni imkanlar açacaq və idman ictimaiyyətində Azərbaycanı etibarlı tərəfdaş kimi möhkəmləndirəcək.

Həmin kateqoriyadan