- Baxış sayı: 13
- 22 Aprel 2025 10:58
- Baxış sayı: 108
- Aprel 21, 2025
- 0
AFFA-nın dəvəti ilə Bakıda səfərdə olan UEFA hakimlər komitəsinin üzvü Byorn Kuypers bu gün seminar keçib.
Allsport.az xəbər verir ki, açılış mərasimində AFFA hakimlər komitəsinin sədri Frank de Bleker tədbir iştirakçılarını salamlayıb. Daha sonra çıxış edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanda hakimliyin böyük ənənəyə malik məktəbinin olduğunu bildirib. S. Hacıyev bu il tanınmış hakim Tofiq Bəhramovun 100 illik yubileyinin olduğunu xatırladıb. O, əlavə edib ki, mərhum hakimin parlaq karyerası gənclərə nümunə olmalıdır.
Byorn Kuypers seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşüb. O, azərbaycanlı hakimlərin müxtəlif mövzularla bağlı suallarını cavablandırıb.
2025-ci ildə FİFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunduqdan sonra bağlanış mərasimi baş tutub. AFFA rəsmiləri dəvəti qəbul edərək hakimlərə seminar keçmək üçün Bakıya gələn Byorn Kuypersə təşəkkürlərini bildiriblər.
Niderlandlı qonağa onun təvəllüdünü əks etdirən milli komandanın 73 nömrəli forması hədiyyə olunub.
Byorn Kuypers, eyni zamanda UEFA talant və mentor proqramının rəhbəri və hakim-inspektordur.