- Baxış sayı: 74
- 10 Mart 2025 12:55
- Baxış sayı: 69
- Aprel 24, 2025
- 0
Qarışıq döyüş növləri üzrə (MMA) üzrə dünya və Avropa çempionu Zaur Hacıbabayev karyerasında ikinci peşəkar döyüşünə çıxıb. Allsport.az xəbər verir ki, Moskvada keçirilən döyüşdə Hacıbabayev Yevgeni Myakinkinə qarşı mübarizə aparıb.
Görüş idmançımızın üstünlüyü şəraitində keçib. Hətta Hacıbabayev iki dəfə rəqibi nokauta göndərməyə yaxın olub. Yekunda hakimlərin qərarına əsasən Zaur Hacıbabayev qalib elan edilib.
Yevgeni Myakinkin peşəkar karyerasında 14 döyüş keçirib. O, onlardan 10 görüşdə qələbə qazanıb. Zaur Hacıbabayev isə peşəkar rinqdə cəmi 2 görüş keçirib.