- Baxış sayı: 51
- 29 Dekabr 2024 10:54
- Baxış sayı: 109
- Yanvar 17, 2025
- 0
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dopinq testində ilişən xeyli idmançını cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, onların arasında Azərbaycan millisinin üzvləri də var.
Bunlar Elxan Əliquluzadə (69 kq), Silviya Angelova (48 kq), Firudin Quliyev (69 kq), Valentin Xristov (62 kq), İntiqam Zairov (94 kq) 2023-cü ilə qədər, Dadaş Dadaşbəyli (94 kq) 2019-cu ilə qədər cəzalandırılıblar.
Onların hamısı ötən il ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında dopinqə düşüblər. Bu üzdən, disflikasiya 2015-ci ilin dekabr ayından hesablanır.
Qeyd edək ki, IWF hələ 2014-cü ildə 18 ağırlıqqaldıranımızı cəzalandırmışdı. Son zamanlar digər növlərdə qara xəbər ölkə çempionatlarının yüksık dəstəsində futbol və voleybol komandalarımızın azalması, o cümlədən, otüstü hokkeyin buraxılmasıdır.