- Baxış sayı: 30
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Azərbaycan kanoe-slalomçusu Yure Meqliç Slovakiyanın Liptovski-Mikulaş şəhərində keçirilmiş Avropa çempionatında çıxış edib. Allsport.az saytı xəbər verir ki, 32 yaşlı idmançı 1-nəfərlik kayak qayığı ilə mübarizə aparıb. Seçmə yürüşdə o, 4 cərimə edib və yekunda 95,26 xalla 60 iştirakçı arasında 29-cu olub. Bu nəticə Meqliçə yarımfinal mərhələsinə vəsiqə qazandırıb.
Növbəti mərhələdə də təcrübəli slalomçu 4 cəriməyə yol verib. Beləliklə, o, 98,98 xalla 24-cü yeri tutub. Bu nəticə Meqliçin 10 ən güclünün yarışdığı finala yüksəlməsinə imkan verməyib.
Avropa çempionatı Rio-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb. Meqliç bu vəsiqəni hələ ötənilki dünya çempionatında qazandığından, qitə çempionatında təcrübəsini artırmaq və olimpiadaya hazırlıq səviyyəsini bir daha nəzərdən keçirmək üçün qatılıb.