Azərbaycan kayakçısı dünya kubokunda gümüş medala sahib çıxıb

Çex Respublikasının Raçitse şəhərində keçirilən kayak və kanoe üzrə 2-ci dünya kubokunda Azərbaycan milli komandası ilk medalını qazanıb. Allsport.az saytı xəbər verir ki, qadınlar arasında 1-nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə İnna Osipenko-Radomskaya gümüş medala sahib olub.

Finişə 40,114 saniyəyə çatan 34 yaşlı idmançı yalnız fransalı Sara Quyodan 0,194 saniyə geri qalıb. Bürünc medalı isə 40,920 saniyə nəticə ilə slovakiyalı Martina Kohlova əldə edib.

Qeyd edək ki, o, 2-ci dünya kubokunda qadınlar arasında 1-nəfərlik qayıqla 500 metr məsafəyə yürüşə də qatılacaq.

Həmin kateqoriyadan