Azərbaycan kubokunda 2-ci mərhələyə yekun vurulub

Şose velosipedi üzrə ölkə kubokunda 2-ci mərhələ başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda müxtəlif klubların bütün yaş kateqoriyaları üzrə 60-a yaxın idmançısı iştirak edib. Reqlamentə əsasən, ilk yarış günündə 14 km məsafəyə fərdi ötüşmədə mübarizə aparılıb. Növbəti gün isə, yaş kateqoriyalarına uyğun olaraq 32 və 64 km məsafəyə qrup ötüşməsində qaliblər müəyyənləşib.

15 yaşadək qızlar arasında Məryəm Əfqanzadə həm fərdi, həm də qrup ötüşməsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 17 yaşadək qızların mübarizəsində İradə Əbdürəhmanova fərdi, Ayan Məmmədzadə qrup ötüşməsində qalib olub. Bu yaş kateqoriyasında oğlanlarda Tamerlan VitovskiRavi Rzayev müvafiq olaraq fərdi və qrup ötüşməsində qızıl medal qazanıblar.

Gənc oğlan və qızlar arasında Kamran Mirzəxanovla Diana Sidorenko, U23/elit yaş kateqoriyasında isə Musa MikayılzadəLalə Əbdürəhmanova həm fərdi, həm də qrup ötüşməsində bütün rəqibləri ötüblər.

Qaliblərə mükafatları Azərbaycan velosiped idmanı federasiyasının prezidenti Mədət Quliyev, 1-ci vitse-prezident Sahib Ələkbərov, vitse-prezident Robert Eyyubov və federasiyanın nəzarət-təftiş komissiyasının sədri Fərid Haqverdi təqdim ediblər.

Həmin kateqoriyadan