- Baxış sayı: 46
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Azərbaycan texniki universitetinin idman zalında, qadınlar arasında basketbol üzrə Azərbaycan kubokunun növbəti qrup oyunları keçirilib.
Allsport.az xəbər verir ki, günün ilk oyununda “AZE U-16” və “Alov” komandaları qarşılaşıblar. Bu görüşdə “AZE U-16” 104:43 hesabı ilə rəqibinə qalib gəlib. Günün 2-ci oyununda, BBA komandası PH kollektivi ilə qarşılaşıb. BBA rəqibi üzərində 64:25 hesablı qələbəyə sevinib.
Bu nəticələrdən sonra “AZE U-16” adı ilə iştirak edən qızlardan ibarət millimiz turnir cədvəlinə liderlik edir.