- Baxış sayı: 15
- 16 Yanvar 2026 17:06
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Həndbol üzrə Azərbaycan kuboku yarışlarının 2025-2026-cı il mövsümünün püşkü atılıb.
Allsport.az xəbər verir ki, ümumilikdə 6 qadın (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”) və eyni sayda kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Kür”, “Qarabağ”, “Təhsil”) komandalarının qatılacağı yarışa 1/4 final mərhələsindən start veriləcək. Bu mərhələdə kişilərin yarışında “Qarabağ” “Azəryol”la, “Təhsil” “Dinamo” ilə üz-üzə gələcək. Qadınların mübarizəsində isə “Təhsil” – “Qarabağ” və “İdman Akademiyası” – “Bakı” matçları keçiriləcək.
Ötən mövsümün finalçıları turnirin 1/2 final mərhələsinə vəsiqə qazanıblar.