- Baxış sayı: 44
- 20 Mart 2026 22:25
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0
21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə ikinci matçını keçirib. Allsport.az xəbər verir ki, komandamız bu dəfə Bəhreyn millisi ilə qarşılaşıb.
Oyun Azərbaycan yığmasının qələbəsi ilə başa çatıb – 4:0. Yığmamızın qollarını Sevinc Cəfərzadə, Natalya Rodelqo və dubla imza atan Yayza Relea vurub.
Qeyd edək ki, qızlarımızı martın 15-də Kiprlə oyun gözləyir. İlk oyununda isə komandamız Maltaya 1:2 hesabıyla uduzmuşdu.