Azərbaycan milli komandası FİFA reytinqində 24 pillə irəlilədi

FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması yeni siyahıda 24 pillə irəliləyib.

Komandamız hazırda 264 xalla 115-ci pillədə qərarlaşıb. Komandamız ötən ayla müqayisədə xal ehtiyatını da 66 bal artırmağa nail olub.

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində “H” qrupunda yığmamızın rəqibi olan İtaliya 13-cü (1085 xal), Xorvatiya 17-ci (977), Bolqarıstan 67-ci (505), Norveç 70-cidir (491). Komandamız yalnız Maltanı qabaqlayır (158 xalla 149).

Keçmiş SSRİ ölkələri arasında Azərbaycan Rusiya (32; 781), Ukrayna (33; 772), Özbəkistan (73; 476), Ermənistan (77; 449), Belarus (83; 397), Latviya (85; 387), Estoniya (93; 358) və Litvadan (100; 333) geri qalır. Əvəzəində yığma komandamız Moldova (121; 245), Qazaxıstan (133; 210), Tacikistan (143; 175), Qırğızıstan (153; 146) və Türkmənistanı (159; 131) qabaqlayır.

İlk onluqda qərarlaşan komandaların siyahısı isə belədir: Almaniya (1687), Argentina (1490), Belçika (1457), Kolumbiya (1412), Braziliya (1354), Hollandiya (1301), Portuqaliya (1221), Uruqvay (1176), İsveçrə (1135), İspaniya (1132).

Həmin kateqoriyadan