- Baxış sayı: 265
- 27 Yanvar 2026 13:13
- Baxış sayı: 152
- Fevral 02, 2026
- 0
Bu gün “Bakı” Futbol Klubunun Təlim-Məşq Bazasında 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, saat 11:30-da başlayan qarşılaşma millimizin qələbəsiylə başa çatıb.
Qızlarımız 2:0 hesabıyla üstün olublar. Millimizin qollarını Kristina Bakarandze və Nigar Cəlilli vurub.
Qeyd edək ki, bu iki komanda arasında fevralın 8-də daha bir oyun keçiriləcək. “Bakı” Futbol Klubunun Təlim-Məşq Bazasında baş tutacaq qarşılaşma saat 15:30-da başlayacaq.