Azərbaycan millisindən imtina edən ağıqlıqqaldıranımız Qazaxıstan adına dünya çempionu oldu!

Hyustonda keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında daha bir həmyerlimiz qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, Nicat Rəhimov (77 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. O, toplam 372 kq (165+207) nəticə göstərib.

İstedadlı atletimiz bu qələbəni Qazaxıstan millisinin üzvü kimi bayram edib. Ötən il Azərbaycan ağırlıqqaldırmasında böhran zamanı komandadan ayrılan 22 yaşlı atlet, bu müddət ərzində yaxşı hazırlaşaraq dünya çempionatında çıxış etmək imkanı qazanıb və ümidləri doğruldub.

Həmin kateqoriyadan