- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa çempionatının elit mərhələsində iştirak edəcək Serbiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının Bakıya gələcək heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, yığma komandanın baş məşqçisi Deyan Qovedariça 21 oyunçuya dəvət göndərib.
Bakıda keçiriləcək elit mərhələsinin II qrupunda mübarizə aparan Serbiya yığması ölkəmizə martın 15-də gələcək. Qovadariçanın toplanışdan sonra 3 futbolçunu siyahıdan çıxaracağı və Serbiya millisinin Bakıya 18 futbolçu ilə gələcəyi gözlənilir.
Qeyd edək ki, martın 17-də Portuqaliya, iki gün sonra Xorvatiya ilə qarşılaşacaq Serbiya yığması martın 22-də millimizlə üz-üzə gələcək.
Qapıçılar: Aleksandr Stankoviç (“Srvena Zvezda”), Marko İliç (“Voyvodina”)
Müdafiəçilər: Sava Radiç (“Çukariçki”), Nikola Dukiç (“Partizan”), Dominik Dinqa (“Voyvodina”), Aleksandr Stanisavlyeviç (CSKA, Rusiya), Nikola Peyoviç (Srvena Zvezda”), Marko Şişkov (“OFK Belqrad”), Luka Kuçin (“Partizan”),
Yarımmüdafiəçilər: Yovan Nişiç (“Partizan”), Filip Çermelj (“Partizan”), Erhan Maşoviç (“Çukariçki”), Zehrudin Mehmedoviç (“Çukariçki”), Petar Miliç (“OFK Belqrad”), Stefan İliç (“Partizan”), Stefan Çvetkoviç (“Srvena Zvezda”)
Hücumçular: Luka Dokiç (“OFK Belqrad”), Nikola Qayiç (“Voyvodina”), Milan Panoviç (“Srvena Zvezda”), Tomislav Todoroviç, Sava Petrov (hər ikisi “Partizan”).