Azərbaycan millisinin sabiq üzvü Ermənistan klubunda

Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq müdafiəçisi Şamil Qurbanov Ermənistanın “Uliss” klubunun düşərgəsinə dəvət olunub. Allsport.az xəbər verir ki, sözügedən komanda hazırda Türkiyədə təlim-məşq toplanışındadır.

Qeyd edək ki, Qurbanov 1993-cü ildə Rusiyada anadan olub. O, vaxtilə Vaqif Cavadovun oynadığı “Volqa” klubunun yetirməsidir. 2013-cü ildə Kalininqrad “Baltika”sına keçən millimizin sabiq üzvü daha sonra Murmansk “Sever”inə keçib. Ötən ildən isə o, “Saturn”da forma geyinirdi. Bu mövsüm sözügedən komandanın heyətində 16 oyuna çıxan Qurbanovun “Uliss”ə baxışa yollandığını “Saturn”un rəsmi saytı da təsdiqləyib. Klub saytının yazdığına görə, Şamil hətta Ermənistan klubunun “Milsami” (Moldova) ilə yoxlama oyununda da forma geyinib. Lakin onun “Uliss”də qalıb-qalmayacağı hələlik tam dəqiqləşməyib.

Həmin kateqoriyadan