Azərbaycan Norveçdən 1 xal almağa nail oldu

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxıb. Allsport.az xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki altıncı oyununda Norveçin qonağı olub.

Bu rəqibinə Bakıdakı görüşdə minimal hesabla uduzmuş komandamız səfərə qisas almaq və xal ehtiyatını artırmaq üçün yollanmışdı. 90 dəqiqə ərzində rəqib qapısına yol tapa bilməsə də, öz qapısını da toxunulmaz saxlamağı bacaran millimiz meydandan 1 xalla ayrılmağa nail olub.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
12 iyun

Norveç – Azərbaycan – 0:0 (0:0)
Sarı vərəqə: A.Daşdəmirov, 45.
Baş hakim: Pavel Gil (Polşa).
Oslo. “Ulleval” stadionu.

Norveç: 12. Oryan Niland, 2. Tom Hoqli, 3. Even Hovland, 14. Omar Elabdullaui, 21. Veqard Forren, 6. Havard Nordtveyt, 8. Stefan Yohansen, 11. Martin Odeqaard, 15. Per-Silyan Skyelbred (k) (20. Pal-Andre Helland, 55), 7. Coşua Kinq (13. Adama Diomande, 79), 9. Aleksandr Soderlund (19. Maqnus Eykrem, 68).
Ehtiyat oyunçular: 1. Rune Yarsteyn, 22. Andre Hansen, 4. Steffen Haqen, 16. Veqar Hedenstad, 17. Martin Linnes, 5. Aleksandr Tettey, 10. Markus Henriksen, 23. Anders Konradsen, 18. Havard Nyelsen.
Baş məşqçi: Per-Matias Heqmo.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 13. Dmitri Nazarov (9. Məhəmməd Qurbanov, 90+3), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 11. Ruslan Qurbanov (17. Vüqar Nadirov, 81).
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 12. Emil Balayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 7. Araz Abdullayev, 10. Elvin Məmmədov, 18. Coşqun Diniyev, 20. Cavid Tağıyev, 8. Elnur Cəfərov.
Baş məşqçi: Robert Prosineçki.

Həmin kateqoriyadan