- Baxış sayı: 63
- 20 Oktyabr 2024 12:41
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Tacikistanda kamandan oxatma üzrə keçirilən prezident kuboku Azərbaycan idmançıları üçün də yaddaqalan olub.
Allsport.az xəbər verir ki, 4-7 oktyabr tarixlərində ölkə rəhbəri Emoməli Rəhmonun şərəfinə Xücənd şəhərində təşkil olunan beynəlxalq turnirdə millimiz 3-cü yeri qazanıb. Oxatanlarımız Fatimə Hüseynli və Məhəmmədəli Əliyev komanda yarışlarında çıxış edərək, bürünc medala yiyələniblər. Oxatanlarımız turnirdə Rusiya, İran, Sudan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğısıstan da daxil olmaqla 15 ölkə idmançıları ilə yarışaraq yüksək nəticə göstəriblər.
Xatırladaq ki, adıçəkilən gənc və perspektivli idmançılar avqust ayında Azərbaycanda keçirilən kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının fərdi yarışlarında müvafiq olaraq qızıl və gümüş medal mükafatçısı olublar.