- Baxış sayı: 62
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Macarıstanın Eger şəhərində paralimpiyaçılar arasında pauerliftinq üzrə açıq Avropa çempionatı keçirilir. Allsport.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) pauerliftinq üzrə yığma komandası da iştirak edir.
Komandamızın üzvü Əhməd Razm Azar çempionatda 174 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.
Avropa çempionatına noyabrın 30-da yekun vurulacaq.