- Baxış sayı: 53
- 04 Dekabr 2025 18:41
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0
Bakıda keçiriləcək ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışların püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası A qrupunda yer alıb.
Azərbaycan millisi bu qrupda Portuqaliya, İsveçrə və Ukrayna ilə mübarizə aparacaq.
B qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan yığmaları yarışacaq.
Püşkün nəticələri müəyyən olduqdan sonra Prosineçki Azərbaycanın digəri ilə müqayisədə daha asan qrupa düşdüyünü qeyd edib.
Qeyd edək ki, çimərlik futbolu üzrə yarışlar 24-28 iyunda keçiriləcək.