- Baxış sayı: 35
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası (İFFHS) 2024-cü ilin yekununa əsasən, dünyanın ən güclü 100 futbol liqasının siyahısını dərc edib.
Allsport.az xəbər verir ki, Azərbaycan premyer liqası 2023-cü illə müqayisədə cədvəldə 4 pillə irəliləyib. Çempionatımız 434,25 əmsalla planetin 36-cı yerinə yüksəlib.
Azərbaycan premyer liqası bu göstərici ilə Avropada 22-ci, keçmiş SSRİ ölkələri arasında isə 1-ci sıradadır.
Siyahıya aktivində 1992 əmsal olan İtaliya “A” seriyası başçılıq edir. İspaniya la liqası 2-ci (1885 əmsal), İngiltərə premyer liqası isə 3-cü sırada (1871) qərarlaşır.